“Barsa” Qrinvudu hədəfə aldı

İdman

22.02.2025 11:15

2301

“Barselona” klubu “Marsel”in hücumçusu Meyson Qrinvudla maraqlanır. 

TodayPress xəbər verir ki, bu barədə İspaniyanın “El Gol Digital” nəşri məlumat yayıb. 

Xatırladaq ki, ingilis futbolçu 2022-ci ildə sevgilisinə qarşı zorakılığa görə böyük qalmaqal yaşamış və buna görə də uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. 

Qeyd edək ki, Meyson Qrinvud cari mövsümdə “Marsel”in heyətində 24 oyuna çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.   

Namiq HUN

tag: Barselona,Klub,Futbol,Meyson Qrinvud,Todaypress.az,