“Barsa” daha de Yonqa inanmır
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubu tərk edə bilər.
TodayPress “Relevo”ya istinadən xəbər verir ki, futbolçu artıq “Barsa” rəhbərliyində inam qoymayıb.
Klub 27 yaşlı futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırmır.
Frenki yalnız əvvəlki formasını bərpa edəcəyi halda onunla yeni sözləşmə imzalanacaq. Məşqçilər korpusu onun Pedri, Olmo, Kasado və Qavi kimi futbolçularla rəqabət apara biləcəyinə şübhə edir.
Namiq HUN
tag: Barsa ,Futbol, Müqavilə, Pedri, todaypress.az,