Barrios top-klubların maraq dairəsinə düşdü
“Atletiko Madrid” klubunun yarımmüdafiəçisi Pablo Barrios Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.
TodayPress “Bild”ə istinadən xəbər verir ki, “Bavriya” və “Çelsi” klubları futbolçunu transfer etmək istəyir.
Hər iki klub 21 yaşlı futbolçu üçün 70 milyon avro təklif etməyə hazırdır.
Ancaq Barriosun müqaviləsində 100 milyon avro məbləğində sərbəst qalma maddəsi var.
Qeyd edək ki, Pablonun “hindular”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, cari mövsümdə “Atletiko”nun heyətində meydana çıxdığı 24 matçda 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Atletiko Madrid,Pablo Barrios ,Avropa,Bavriya,Çelsi,todaypress.az,