“Barri Taun”un kapitanı həbs edildi
Uels klubunun futbolçusu Evan Press həbs edilib.
TodayPress xəbər verir ki, o, narkotik alverində təqsirli bilinib.
Nyuport məhkəməsinin qərarı ilə Press kokain satdığına görə iki il altı ay müddətinə həbs edilib.
Yarımmüdafiəçi 2018-ci ildən yarımpeşəkar “Barri Taun” klubunda forma geyir. Press cari mövsüm Uels Premyer Liqasında meydana çıxdığı 33 qarşılaşmadan 19-da komandanın kapitanı olub. 24 yaşlı futbolçu “Barri Taun” klubunun heyətində ümumilikdə 187 oyunda 11 qol vurub.
Namiq HUN
tag: Uels,Evan Press,Yarımmüdafiəçi,Barri Taun,todaypress.az,