Barezi “Milan”ın Şöhrət Zalının ilk üzvü seçildi

İdman

08.10.2024 12:35

Futbol üzrə İtaliya millisinin sabiq üzvü, 64 yaşlı Franko Barezi “Milan” klubunun fəxri vitse-prezidentidir. 

TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sabiq müdafiəçi Milan təmsilçisində 716 oyun keçirib və 6 dəfə ölkə çempionu olub. 

“Klubun heyrətamiz tarixini təmsil edən Şöhrət Zalının ilk üzvü seçilməkdən şərəf duyuram. “Milan” təkcə qələbələr və titullar deyil, həm də üslubun, ehtirasın və sevginin təcəssümüdür. Ümid edirəm ki, layihə gələcək nəsilləri irsimiz üzərində yaratmağa ruhlandıracaq” Barezi deyib.

Qeyd edək ki, “Milan”ın Şöhrət Zalına daxil olmaq üçün namizədlər ən azı 50 rəqabətli oyunda oynamalı və görkəmli fərdi, eyni zamanda komanda nailiyyətləri nümayiş etdirməlidirlər. 

Bundan başqa, namizədlər karyeraları boyu “Milan”ın dəyərlərinə uyğun davranmalı və peşəkar futboldan rəsmən təqaüdə çıxmalıdırlar.

Namiq HUN

tag: Klub ,Milan ,Franko Barezi, Prezident ,Müdafiəçi ,todaypress.az,