Bardakçı bir ay futboldan kənarda qala bilər
Türkiyə Superliqasının XIV turunda “Eyüpspor”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakcının durumuna aydınlıq gəlib.
TodayPress İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə mayenin həddindən artıq yığılması və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.
Türkiyə millisinin üzvünün təxminın 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Namiq Hun
tag: Türkiyə, Liqa, Milli, Qarabağ,Abdülkərim Bardakcı, todaypress.az,