"Barcelona" "Real Madrid"i darmadağın etdi
İdman
27.10.2024 00:58
Futbol üzrə İspaniya çempionatının növbəti turunda
"Real Madrid" "Barcelona"nı qəbul edib.
TodayPress xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada "Barcelona" "Real"ı darmadağın edib.
Birinci hissədə hesab açılmayıb. İkinci hissədə isə "Barcelona" əzəli rəqibinin qapısına dörd cavabsız top vurub.
Əvvəlcə Robert
Levandovski dubl edib. Ardınca Lamin Yamal və Rafinya hərəyə bir dəfə
fərqlənib.
tag: Barcelona, Real Madrid, Robert Levandovski, Rəqib, Futbol, Lamin ,Rafinya, todaypress.az,