Barbora Kreyçikova 2-ci "Böyük Dəbilqə" titulunu qazandı

İdman

13.07.2024 22:10

2683

Qadın tennisçilərin Uimbildon-2024 turnirində final matçı keçirilib.

TodayPress xəbər verir ki, “Böyük Dəbilqə” seriyalı turnirin həlledici görüşündə Yasmin Paolini (İtaliya) və Barbora Kreyçikova (Çexiya) qarşılaşıb.

İlk iki setdə tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki setdə 6:2 hesablı nəticə qeydə alınıb. Həlledici setdə daha inamlı təsir bağışlayan çexiyalı tennisçi Barbora Kreyçikova 6:4 hesabı ilə rəqibindən üstün olub.

32 yaşlı Kreyçikova karyerasında 2-ci dəfə “Böyük Dəbilqə” yarışında qələbə qazanıb. O, buna qədər 3 il əvvəl “Rolan Qarros”da çempion tituluna yiyələnib. Yasmin Paolini isə ardıcıl ikinci dəfədir ki finalda uduzur. 

Namiq HUN

tag: todaypress.az, Uimbildon-2024,Böyük Dəbilqə, Yasmin Paolini, Barbora Kreyçikova,