Baqa yenidən “Sumqayıt”da

İdman

13.05.2025 11:35

12

“Sumqayıt” klubu Aleksey Baqa ilə danışıqları yekunlaşdırıb.   

TodayPress xəbər verir ki, Vaqif Cavadovla müqaviləyə xitam verən “kimyaçılar”a yeni mövsümdən belaruslu məşqçi başçılıq edəcək. 

Tərəflər arasında danışıqlar müsbət başa çatıb. Baqa komandanın Premyer Liqadakı son iki matçını canlı izləmək üçün Azərbaycana gələcək.   

Qeyd edək ki, ilk dəfə 2021-ci ilin dekabrında “Sumqayıt”a baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib. 

Aleksey məşqçilik karyerasında “Sumqayıt”dan başqa, Rusiyanın “Sokol”, Belarusun “Şaxtyor”, BATE, Litvanın “Jalgiris” və Qazaxıstanın “Aktobe” klubunu çalışdırıb.

Baqa BATE, “Şaxtyor” və “Jalgiris”ə çempionluq titulları qazandırıb.   

Namiq HUN

tag: Sumqayıt,Aleksey Baqa,Məşqçi,Klub,Todaypress.az,