Balotelli Meksikadan təklif aldı

İdman

28.12.2024 17:49

Qalmaqallı futbolçu Mario Balotelli yenidən klubunu dəyişə bilər.

TodayPress xəbər verir ki, italiyalı hücumçunun “Cenoa”dan ayrılması gözlənilir.

34 yaşlı futbolçu 2 ay əvvəl azad agent kimi Genuya təmsilçisinə keçib. 

Lakin Meksika təmsilçisi “Krus Asul”la danışıqlar aparan Marionun artıq qışda Şimali Amerikaya köçməsi mümkündür.

Qeyd edək ki, Balotelli cari mövsümdə A seriyasının 6 oyununda meydana çıxıb.

Namiq HUN

tag: Futbol ,Mario ,Qış, Agent, todaypress.az,