Balotelli “Cenoa” klubu ilə anlaşdı

İdman

25.10.2024 17:45

2966

Mario Balotelli İtaliya A Seriyasına qayıdır.

TodayPress xəbər verir ki, “Adana Dəmirspor” klubundan ayrılan italiyalı futbolçu azad agent statusundadır.

“Cenoa” 34 yaşlı futbolçuya təklif göndərib. 

Balotelli İtaliya klubuna keçməyə hazırdır və artıq təklif olunan şərtlərlə razılaşıb.

Qeyd edək ki, Balotellinin “Cenoa” ilə müqaviləsi mövsümün sonuna qədər davam edəcək. O, Genua təmsilçisində maaşı ildə 250 min avro+150 min bonus olacaq.

Namiq HUN

tag: Mario Balotelli,İtaliya, Adana Dəmirspor, Cenoa, Balotelli, todaypress.az,