Balkan Kubokunda ikinci qızıl medal
İdman
28.09.2024 13:43
Bədii gimnast Zəhra Cəfərova Monteneqroda təşkil olunan beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
TodayPress xəbər verir ki, Cəfərova Budva şəhərində keçirilən Balkan Kuboku turnirinin qızıl medalını qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verilib.
Zəhra top, lent və çoxnövçülük proqramları üzrə birinci olub.
Qeyd edək ki, daha əvvəl Şəms Ağahüseynova komandamıza turnirin baş mükafatını qazandırıb.
Namiq HUN
tag: Balkan Kuboku ,Zəhra Cəfərova ,Monteneqro ,Turnir ,Şəms Ağahüseynova ,Gimnastika ,todaypress.az,