Bakıdan Tirola – "Qarabağ"ın yay hazırlıq planı açıqlandı
İdman
12.06.2024 22:07
“Qarabağ” futbol klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu iyunun 18-də Bakıda bir araya gələcək. Milli komandanın üzvü olan “köhlən atlılar” isə iyunun 23-də “Qarabağ”a qoşulacaqlar.
Komandanın Bakıdakı toplantısı müddətində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu qarşılaşmalar iyunun 29-da və iyulun 2-də baş tutacaq.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada keçiriləcək. “Qarabağ” iyulun 5-17-də Tirol bölgəsində təlim-məşq toplanışına qatılacaq. Komanda hazırlıq çərçivəsində iki oyun günündə 4 yoxlama görüşü keçirəcək. Bu matçlar iyulun 9-da və 16-da baş tutacaq.
Namiq HUN
tag: "Qarabağ" , Futbol klubu, Azərbaycan çempionu, Avstriya, todaypress.az,