Bakıda "Formula 1" Qran-prisinə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq
İdman
31.08.2024 00:34
"Formula 1" Qatar Airways
Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və
prospektlərində quraşdırma işləri davam edir.
TodayPress xəbər verir ki, bu səbəbdən, 31 avqust
saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti
kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.
Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və
Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə
qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi
2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.
tag: Formula-1, Azərbaycan,Yol,Bülbül Prospekti,todaypress.az,