Bakı Dünya Kuboku turnirinə ev sahibliyi edəcək
İdman
30.01.2025 11:11
Azərbaycanda ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları keçiriləcək.
TodayPress xəbər verir ki, 24 və 25 may tarixlərində Bakıda baş tutacaq oyunlarda iştirak edəcək komandaların adları müəyyənləşib.
Paytaxtda 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarında həm kişi, həm də qadın millilərimizin iştirakı ilə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda, İran kişi yığmaları və Çili, Latviya, Çin Taypeyi, Brazilya, Misir qadın seçmələri də əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
Namiq HUN
tag: Bakı,Azərbaycan,Dünya Kuboku,Milli,Todaypress.az,