“Baffalo Seybrz” NHL-də tarix yazdı: Qapıya zərbə olmadan qol!

İdman

16.01.2025 10:26

“Baffalo Seybrz” Milli Hokkey Liqası (NHL) tarixində 20 dəqiqəlik period ərzində qapıya bircə dəfə də zərbə vurmadan qol vuran ilk komanda kimi tarixə düşüb. 

TodayPress “Sports”a istinadən xəbər verir ki, hadisə “Seybrz”ın “Karolina”ya qarşı 4:2 hesablı qələbəsi zamanı baş verib.

Oyun zamanı sonuncu periodun son dəqiqələrində “Baffalo” 3:2 hesabı ilə önə keçib. Teyc Tompson boş qapıya zərbə endirməyə çalışsa da, top dirəyə dəyərək geri qayıdıb. Daha sonra Ryan Maklaud boş qapıya topu göndərmək üçün hərəkətə keçib, lakin rəqibin müdaxiləsi zamanı onun çubuğu sınıb. Nəticədə zərbə qeydə alınmasa da, hakimlər qolu təsdiqləyib.

Beləliklə, “Baffalo Seybrz” NHL tarixində qapıya zərbə vurmadan qol vuran ilk komanda olub. 

Belə hadisələr yalnız 1986-cı ildə “Detroyt Red Uinqz” və 2016-cı ildə “Monreal Canadiens” tərəfindən overtaymlarda baş verib.

Namiq HUN

tag: Hokkey ,Hakim ,Qol, Ryan ,todaypress.az,