Badmintonçumuz “YONEX Dutch Open” turnirində ikinci oldu

İdman

29.10.2024 12:52

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandda keçirilən “International Challenge” seriyalı “YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

TodayPress xəbər verir ki, o, qadın badmintonçuların fərdi yarışında Hertogenbos turnirinin finalına kimi irəliləyib. 

Mübarizəyə 1/16 finaldan başlayan Keişa həlledici yarışa aparan yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. 

Keişa Fatimə Zəhra qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.

Namiq HUN

tag: YONEX Dutch Open,Danimarka, Bolqarıstan,Malayziya, todaypress.az,