Badmintonçumuz “BLC Open”də fərqləndi

İdman

04.11.2024 11:57

Yeniyetmə badmintonçumuz Əli Gözəlov İndoneziyada qoşa yarışlarda bürünc medal qazanıb. 

TodayPress xəbər verir ki, o, “BLC Open” turnirində adından söz etdirib. 

Əli fərdi yarışlarda isə  1/4 finala qədər irəliləyib.

Qeyd edək ki, Gözəlov 2024-cü ilin iyul ayından başlayaraq mütəmadi olaraq badmintonda dünyanın qabaqcıl ölkələrindən sayılan İndoneziyada təlim-məşq toplanışlarında iştirak edir. İndoneziyada təhsil alan Əli bu ölkədə təşkil olunan beynəlxalq turnirlərdə də bacarığını nümayiş etdirir. 

Namiq HUN

tag: Əli Gözəlov, İndoneziya, Bürünc Medal, todaypress.az,