Badmintonçularımız Gürcüstanda 16 medal qazandılar
İdman
23.09.2024 14:35
Azərbaycanın yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 5-i qızıl, 5-i gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 16 medal qazanıblar.
TodayPress xəbər verir ki, oğlanların şəxsi yarışında turnirin baş mükafatını komandamıza Malik Cəfərov qazandırıb.
Oğlanların qoşa və qarışıq qoşa yarışlarında isə İsmayıl Qarayev – Həsən Məmmədov, İsmayıl Qarayev – Lalə İsmayılova, Ömər Teymurlu – Omar Mehdi və Ömər Teymurlu – Banu İbrahimli tandemləri fəxri kürsüyə yüksəliblər.
Qeyd edək ki, Azərbaycanı turnirdə 17 badmintonçu təmsil edib.
Namiq HUN
tag: Azərbaycan ,Gürcüstan ,Batumi ,Malik Cəfərov ,Həsən Məmmədov ,Badmintonçu, todaypress.az,