Badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazandı

İdman

30.09.2024 09:38

Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turniri Azərbaycan badmintonçularının uğurlu çıxışı ilə yadda qalıb.  

TodayPress xəbər verir ki, badmintonçularımız Aqil Qabilov və Era Maftuha dueti yarışın gümüş medalını qazanıb.

Mübarizəyə 1/16 finaldan başlayan badmintonçularımız qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib. 

Aqil-Era tandemi yalnız qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada məğlubiyyətlə barışıb. Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan duetinə hər iki setdə 18-21 və 17-21 hesabları ilə uduzan badmintonçularımız beynəlxalq turnirin gümüş medalına sahib olub.

Namiq HUN

tag: Badmintonçu ,Aqil Qabilov ,Era Maftuha ,Mübarizə, Medal ,todaypress.az,