Badmintonçulardan Balkanlarda üçüncü nəticə
Badmintonçularımız Bolqarıstanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
TodayPress xəbər verir ki, mili üzvləri qarışıq qoşa kateqoriyasında Svilenqrad turnirinin mükafatçıları sırasına adlarını yazdırıblar.
Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışı qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc medalına layiq görülüb.
Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn badmintonçularımız finalın bir addımlığında Ülvi Hüseynovun zədələnməsi səbəbindən mübarizəni dayandırmalı olublar.
Leyla Camalzadə qızların fərdi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların turnirində 1/4 final mərhələsinə qədər irəliləməyi bacarıb.
Namiq HUN
tag: Badmintonçular,Bolqarıstan,Leyla Camalzadə ,Ülvi Hüseynov,Todaypress.az,