Badmintonçular “Zambia International”da 7 medal qazandılar

İdman

18.11.2024 10:52

Badmintonçularımız Zambiyanın Lusaka şəhərində keçirilən "International" seriyalı "Zambia International" turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

TodayPress xəbər verir ki, qızıl medalları qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov - Era Maftuha tandemi qazanıblar.

Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.

İki bürünc medalı qadınların şəxsi yarışında Həcər Nuriyeva, qoşa yarışda isə Həcər Nuriyeva ilə Era Maftuha komandamızın hesabına yazdırıblar.

Namiq HUN

tag: Zambia, Medal, Diki Pangestu, Həcər Nuriyeva,Badminton, todaypress.az,