Badminton millisi ikinci oyunda da məğlub oldu
Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub.
TodayPress xəbər verir ki, komandamız I qrupda İspaniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzan millimiz qrupda son oyununu fevralın 14-də son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək.
Namiq HUN
tag: İdman,Badminton,Bakı,İspaniya,todaypress.az,