Badminton millisi ardıcıl 3-cü məğlubiyyətini aldı
Azərbaycanın badminton üzrə yığma komandası Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında çıxışını başa vurub.
TodayPress xəbər verir ki, yığmamız qrup mərhələsinin III turunda Danimarka ilə qarşılaşıb.
İlk 2 matçda məğlub olduqdan sonra yarımfinal şansını itirən komandamız favoritlə görüşdə də uduzub.
Millinin heyətində yalnız Keişa Fatimə Zəhra qadınların fərdi yarışında Danimarka badmintonçusu üzərində əzmkar qələbə qazanıb 2:1.
Komandamız kişilərin fərdi, qadın və kişi cütlərin, həmçinin qarışıq cütlərin yarışında isə məğlubiyyətlə barışıb.
Nəticədə Danimarka yığmasına 1:4 hesabı ilə uduzan Azərbaycan millisi qrup mərhələsini sonuncu pillədə başa vurub.
Namiq HUN
tag: İdman,Badminton,Azərbaycan,Keişa Fatimə Zəhra ,todaypress.az,