Babel qalmaqallı açıqlamalar etdi

İdman

01.03.2025 17:08

2041

Türkiyədə “Kasımpaşa”, “Beşiktaş”, “Qalatasaray” və “Eyüpspor” kimi klubların formasını geyinmiş niderlandlı sabiq futbolçu Rayan Babel təəccüblü  açıqlamaları ilə diqqət çəkib.   

TodayPress “Fanatik”ə istinadən xəbər verir ki, o, Super Liqada “Fənərbağça”ya qarşı oyunlarda üzləşdiyi anlardan danışıb.   

“Fənərbağça” ilə səfər oyununa gedən komandalar bilirdilər ki, həm klubu, həm azarkeşləri, həm də hakimi məğlub etməlisən.   

Sabiq “Cim-bom”lu hakimlərin “Qalatasaray”a da yardım etdiyini bildirib.   “Türkiyədə dörd fərqli komandada oynadım.

Etiraf edim ki, “Qalatasaray”da oynayanda bəzi matçlarda qalib gələrkən, bilirdim ki, bəxtimiz gətirdi, çünki hakim bizə çox kömək etdi".   

Namiq HUN

tag: Rayan Rebel,Qalatasaray,Fənərbağça,Liqa,Hakim,Klub,Todaypress.az,