Babək Quliyev UEFA-dan təyinat aldı

İdman

24.10.2024 13:35

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

TodayPress xəbər verir ki, o, UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Bolqarıstanda təşkil olunacaq qrup oyunlarında ev sahiblərinin “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubu mübarizə aparacaq.

UEFA Region Kubokunun 7-ci qrupunun oyunları 29 oktyabr – 4 noyabr aralığında keçiriləcək. 

Namiq HUN

tag: Babək Quliyev, Moldova, ispaniya, Araqon,UEFA, todaypress.az,