Azyaşlı azarkeşin stadiona girişinə qadağa qoyuldu

İdman

03.12.2024 12:41

2059

Fransanın “Havr” futbol klubu 6 yaşlı azarkeşin stadiona girişinə qadağa qoyub.

TodayPress “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb balacanın matç zamanı tamaşaçı davranış qaydalarını pozması olub.

“Reyms”lə oyun zamanı azyaşlı azarkeş tribunadan karton stəkanlar və kağız toplar atıb. Reklam lövhələrinin arxasına düşən əşyalar klubun cərimələnməsinə səbəb olub.

Qadağa 2025-ci il yanvarın əvvəlinə qədər qüvvədə olacaq.

Namiq HUN

tag: Fransa, Havr, Azarkeş, Reyms, Qadağa, todaypress.az,