Aziz “Kasımpaşa” ilə anlaşdı
Müdafiəçi Serdar Aziz “Fənərbağça”nı “Kasımpaşa” klubuna dəyişir.
TodayPress “Sabah” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu baş məşqçi Joze Mourinyonun şans vermədiyi üçün bu qırarı verib.
O, transfer pəncərəsi açılanda yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Serdar Aziz “Fənərbağça”ya 2019-cu ildə “Qalatasaray”dan keçib. Müdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 135 rəsmi matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Fənərbağça, Aziz, Kasımpaşa, Transfer, todaypress.az,