Azərbaycanlı voleybolçu "Vaşaş-Obuda"dan ayrıldı

İdman

06.05.2025 09:10

10

Voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Ayşən Abduləzimova Macarıstanın “Vaşaş-Obuda” klubunu tərk edib.

TodayPress xəbər ki, blokçu sosial şəbəkə hesabında paylaşım edib.

Ayşən 6 il çıxış etdiyi “Vaşaş-Obuda” ilə vidalaşdığını yazıb. Təcrübəli voleybolçu daha əvvəl verdiyi açıqlamada bir neçə təklif aldığını bildirmişdi.

Qeyd edək ki, Ayşən Abduləzimova kapitanı olduğu “Vaşaş-Obuda” ilə 5 dəfə Macarıstan çempionu olub.

Namiq HUN

tag: Voleybol ,Azərbaycan ,Ayşən Abduləzimova ,Macarıstan,todaypress.az,