Azərbaycanlı voleybolçu “Panionis”lə anlaşdı

İdman

06.05.2025 14:10

10

Azərbaycan yığma komandasının voleybolçusu Polina Rəhimova Braziliyanın “Osasko” klubundan ayrılıb.   

TodayPress xəbər verir ki, mövsümü çempion kimi başa vuran Rəhimova  karyerasını Yunanıstanda davam etdirəcək. 

35 yaşlı hücumçu “Panionis” klubu ilə anlaşıb. Polina yeni mövsümdə Afina təmsilçisinin uğurları üçün çalışacaq. 

Qeyd edək ki, Polina Rəhimova karyerası ərzində Azərbaycan və Braziliyadan başqa, Cənubi Koreya, Yaponiya, Türkiyə, İtaliya, İndoneziya və Vyetnam klublarında forma geyinib. 

(İdman.biz) 

 Namiq HUN

tag: Polina Rəhimova,Voleybol,Məhsuldar,Fərqlənmə,Qələbə,Todaypress.az,