Azərbaycanlı velosipedçi gümüş medal qazandı
Bolqarıstanın Plovdiv şəhərində velosiped idmanı üzrə I Balkan çempionatı keçirilib.
TodayPress xəbər verir ki, təmsilçimiz Tural İsrafilov adını mükafatçılar sırasına yazdırıb.
10 km məsafəyə skretç yarışlarında gümüş medal qazanan İsrafilov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Namiq HUN
tag: Gümüş Medal, Azərbaycan, Bolqarıstan,Plovdiv, todaypress.az,