Azərbaycanlı üzgüçü “Asiya uşaqları”nı üstələdi
İdman
01.07.2024 11:05
Üzgüçülük üzrə milli komandanın üzvü beynəlxalq turnirdə qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, Rusiyada keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında Süleyman İsmayılzadə uğurla çıxış edib. O, sərbəst üsulla 400 metr məsafəyə üzməkdə bütün rəqiblərini üstələyib.
Milli komandanın üzvü, daha öncə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulu ilə üzməkdə isə bürünc medallar qazanıb.
Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarında üzgüçülük yarışları iyulun 4-dək davam edəcək.
Namiq HUN
tag: Asiya uşaqları, Üzgüçülük, İdman, İdman Oyunları,todaypress.az,