Azərbaycanlı taekvondoçulardan ikinci bürünc medal

İdman

23.11.2024 09:13

Bosniya və Herseqovinada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı keçirilir. 

TodayPress xəbər verir ki, Azərbaycan yığması Sarayevo turnirində növbəti medalını qazanıb.

Milli komandanın üzvü Vasif Səlimov (63 kq) fəxri kürsüyə qalxıb. Taekvondomuz çempionatın bürünc medalına layiq görülüb. 

Səlimov yarımfinaladək Türkiyə, Ukrayna və Danimarkadan olan taekvondoçulara qalib gəlib. Vasif yalnız finala aparan yolda polşalı idmançıya uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Səyyad Dadaşov (54 kq) komandamıza Avropa çempionatının bürünc medalını qazandırb.

Namiq HUN

tag: Azərbaycan, Taekvando, Türkiyə, Ukrayna, Səyyad Dadaşov, todaypress.az,