Azərbaycanlı şahmatçıların Skopye sınağı
Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək rapid və blits üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək şahmatçılar məlum olub.
TodayPress xəbər verir ki, yarışda ölkəmizin dörd şahmatçısı mübarizə aparacaq.
Bunlar qrossmeysterlər Eltac Səfərli, Rauf Məmmədov, Namiq Quliyev və Məhəmməd Muradlıdır.
Qeyd edək ki, Avropa çempionatı dekabrın 6-dan 11-dək keçiriləcək.
Namiq HUN
tag: Şahmat ,Təmsil, Çempionat ,qrossmeyster ,todaypress.az,