Azərbaycanlı şahmatçıların Rodos sınağı

İdman

29.03.2025 17:17

1541

Yunanıstanda keçiriləcək şahmat üzrə Avropa çempionatında çıxış edəcək azərbaycanlı zəka sahiblərinin sayında dəyişiklik olub.     

TodayPress xəbər verir ki, martın 31-dən aprelin 11-dək Rodos adasında təşkil olunacaq yarışda Azərbaycanı təmsil edəcək qadın şahmatçıların sayı 8 olub.   

Yarış üçün qeydiyyatdan keçən Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova sonradan Nərmin Abdinova və Lalə Hüseynova da qoşulub. 

Qeyd edək ki, 137 iştirakçının qatılacağı Avropa çempionatının reytinq favoriti gürcüstanlı Nino Batsiaşvilidir.

Ülviyyə Fətəliyeva yarışda hazırkı Avropa çempionu statusunda çıxış edəcək. 

İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. 

Namiq HUN

tag: Azərbaycan,Yunanıstan,Rodos,Şahmat,Çempionat,Todaypress.az,