Azərbaycanlı şahmatçılar liderlər sırasındadırlar

İdman

14.04.2025 11:43

6

Qrossmeysterlər Məhəmməd Muradlı və Eltac Səfərli İslandiyada keçirilən “Reykyavik Open” turnirində liderlər sırasındadırlar.   

TodayPress xəbər verir ki, 7 turdan sonra hər iki şahmatçının hesabında 6 xal var. 

Muradlı əlavə göstəricilərə görə beş şahmatçının yer aldığı liderlər qrupunun birincisidir.

O, son turda ingiltərəli Ezra Kirkə, Səfərli isə islandiyalı Yohan Hjaptarssona qalib gəlib.   

Namiq HUN

tag: Azərbaycan,Şahmat,Lider,Turnir,Todaypress.az,