Azərbaycanlı şahmatçılar dünya çempionatında öz yerlərini tutdu
İdman
29.12.2024 11:45
Nyu-Yorkda rapid üzrə dünya çempionatı başa çatıb.
TodayPress xəbər verir ki, son oyun günündə yarışda 4 tur keçirilib. Azərbaycan şahmatçıları Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov, müvafiq olaraq 12 və 14-cü yerləri tutublar.
Təmsilçilərimiz 13 mümkün xaldan 8,5 xal toplayıblar. Digər qrossmeysterimiz Vasif Durarbəyli isə onlardan yarım xal geridə qalaraq 23-cü olub.
Çempion titulunu yarışı 10 xalla başa vuran Volodar Murzin (FIDE) qazanıb. Əlavə göstəricilərdə Yan Nepomnyaşini (FIDE) qabaqlayan Aleksandr Qrişuk (FIDE) ikinci olub: hər ikisinin 9,5 xalı var.
Qadınların yarışında şahmatçılarımız arasında ən yaxşı nəticəyə Günay Məmmədzadə imza atıb. O, 6,5 xal toplayaraq 23-cü yeri tutub. Eyni xala malik Gövhər Beydullayeva 30-cu olub. Xanım Balacayeva (38-ci) və Gülnar Məmmədova (45-ci) onlardan yarım xal az toplayıblar.
Hindistanlı Hampi Koneru 8,5 xalla çempion olub. Cu Vencun (Çin) 2-ci, Yekaterina Laqno (FIDE) isə 3-cü yeri tutublar. Onlar qalibdən yarım xal geri qalıblar.
Qeyd edək ki, bir günlük fasilədən sonra Nyu-Yorkda blits üzrə dünya çempionatı başlayacaq.
tag: Məhəmməd Muradlı,Şəhriyar Məmmədyarov,Qrossmeyster,Oyun,Şahmat,todaypress.az,