Azərbaycanlı şahmatçı Avropa çempionatında 4-cü oldu

İdman

09.12.2024 09:55

Şimali Makedoniyada şahmatın rapid və blits növü üzrə Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, Skopyedə bir araya gələn zəka sahibləri artıq şahmatın rapid növündə mübarizəyə yekun vurublar.

Azərbaycan şahmatçısı Eltac Səfərli 8,5 xalla çempionatı 4-cü yerdə bitirib. 

Qitə yarışının qalibi adını 9,5 xal toplayan sloveniyalı Vladimir Fedoseyev qazanıb. 

Komandamızın digər üzvlərindən Məhəmməd Muradlı 8,5 xalla 11-ci, Namiq Quliyev 8 xalla 23-cü, Rauf Məmmədov isə 7,5 xalla 44-cü yeri tutub.

Namiq HUN

tag: Komanda, Xalq, Blits ,Eltac Səfərli, todaypress.az,