Azərbaycanlı referi ən yaxşı hakim adına layiq görüldü
Azərbaycanlı beynəlxalq dərəcəli referi Seymur Məmmədov ən yaxşı hakimi adına layiq görülüb.
TodayPress xəbər verir ki, o, taekvondo üzrə gənclər arasında keçirilən Açıq Qazaxıstan çempionatında bu şərəfə nail olub.
Seymur Məmmədovla yanaşı, Rza Məcidov da yarışda ədaləti qoruyub.
Hər iki referi yarışın Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı ilə təltif edilib.
Namiq HUN
tag: Seymur Məmmədov,REferi,Hakim,Futbol,Todaypress.az,
