Azərbaycanlı qrossmeysterlərin London dueli

İdman

11.10.2024 11:35

İngiltərənin paytaxtı Londonda Qlobal Şahmat Liqası davam edir.

TodayPress xəbər verir ki, turnirin IX turunda Azərbaycan qrossmeysterlərinin çıxış etdiyi komandalar görüşüb.

Şəhriyar Məmmədyarovun lideri olduğu “Alaskan Knights” Teymur Rəcəbovun oynadığı “Triveni Continental Kings” komandası ilə  qarşılaşıb.

“Şah”ın komandası Teymurun klubunu 4:2 hesabı ilə məğlub edib. 

Azərbaycanlı qrossmeysterlərin üçüncü lövhədə baş tutan görüşündə isə Rəcəbov Məmmədyarovu mat edib.  

Qeyd edək ki, birinci dövrənin oyununda isə Şəhriyar Teymuru üstələyib. 

“Alaskan Knights” 21 xalla Qlobal Şahmat Liqası turnirinin lideridir. “Triveni Continental Kings” isə 12 xalla ilk üçlüyü tamamlayır. 

Namiq HUN

tag: Qlobal Şahmat Liqası ,Şəhriyar Məmmədyarov,Alaskan Knights,Triveni Continental Kings,todaypress.az,