Azərbaycanlı qılıncoynadanların Türkiyə uğuru

İdman

18.11.2024 09:40

Qılıncoynadanlarımız Türkiyənin Konya şəhərində keçirilən şpaqa növü üzrə gənclərin açıq turnirdə qızıl və bürünc medal qazanıb 

TodayPress xəbər verir ki, Xədicə Həsənli qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün görüşlərini qalib başa vururaq turnirin qızıl medalına sahib çıxıb. 

Mirxətai Məmmədov isə oğlanların fərdi yarışında adını turnirin mükafatçıları sırasına yazdırıb. Qılıncoynadanımız finalın bir addımlığında uduzaraq bürünc medala layiq görülüb.

Namiq HUN

tag: Azərbaycan, Qılıncoynatma, Final, Xədicə Həsənli,Mirxətai Məmmədov, todaypress.az,