Azərbaycanlı MMA döyüşçülərinin Əbu-Dabi uğuru

İdman

14.08.2024 16:38

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF (International Mixed Martial Arts Federation) tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüş növü - MMA üzrə dünya çempionatı keçirilib.

TodayPress xəbər verir ki, turnirdə Azərbaycanı 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakim təmsil edib.

Azərbaycan komandasının heyətində Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız final görüşündə uduzaraq çempionatın gümüş medalına layiq görülüb. 

Milli üzvlərindən Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

Namiq HUN

tag: Azərbaycan,Ayan Sonayeva,Kənan Quluzadə ,Esmira Bayramova ,Cəfərsadiq Mirzəyev, todaypress.az,