Azərbaycanlı kikboksçu Dünya kubokunun qalibi oldu

İdman

11.04.2025 16:49

9

Kikboksinq üzrə dünya çempionu Amin Quliyev növbəti titulunu qazanıb.   

TodayPress xəbər verir ki, o, Tailanda keçirilən Dünya kuboku turnirində bu uğura imza atıb.   

Amin Quliyev (67 kq) Banqkok turnirində K-1 qaydaları ilə bütün rəqiblərini məğlub edərək çempion adını qazanıb. 

Qeyd edək ki, kikboksçumuz dünya və Avropa çempionu olmaqla yanaşı, III Ümumdünya Kombat Oyunlarının da qalibidir.   

Namiq HUN

tag: Azərbaycan,Kikboks,Dünya Kuboku,Amin Quliyev,Qalib,Todaypress.az,