Azərbaycanlı hakimin səhhətində problem yarandı

İdman

17.07.2024 21:16

Rumıniyanın Piteşti şəhərində 20 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının “B” divizionun oyunlarına təyinat almış hakim Ələkbər Həsənovun səhhətində problem yaranıb.

TodayPress xəbər verir ki, bi barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Seçmə mərhələnin bir neçə oyununu idarə edən beynəlxalq dərəcəli hakimin istirahət vaxtı ayağının büdrəməsi nəticəsində sağ qolu sınıb. Həsənov Avropa çempionatında oyunları idarə edən hakimlər arasında ən təcrübəli 3 hakimdən biri hesab olunub.

Azərbaycanlı hakim avqustun 9-da start götürəcək 16 yaşa qədər oğlanlar arasında Avropa çempionatı "A" divizionun oyunlarında ədaləti qoruyacaq.

tag: Ələkbər Həsənov, Hakim, Basketbol Federasiyası, Avropa çempionatı, todaypress.az,