Azərbaycanlı hakim Olimpiyadanın ən yaxşısı seçildi
İdman
12.08.2024 16:35
Azərbaycanlı referi Paris Olimpiadasında ən reytinqli hakim seçilib.
TodayPress xəbər verir ki, beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev XXXIII Yay Olimpiya Oyunlarında döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.
O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib.
Qeyd edək ki, Emil Qurbanəliyev Paris Olimpiadasında müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub.
Namiq HUN
tag: Azərbaycan, Paris, Emil Qurbanəliyev,Hakim, Final, todaypress.az,