Azərbaycanlı hakim bu il üçün ilk təyinatını aldı
İdman
05.01.2025 15:35
Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu il ilk təyinatını alıb.
TodayPress xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin son turu çərçivəsində Türkiyənin “Eczacıbaşı” ilə Fransanın “Levallua” klublarının görüşündə hakimlik edəcək.
Oyun yanvarın 22-də İstanbulda keçiriləcək.
Qarşılaşmanın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
tag: Eldar Zülfüqarov,Təyinat,Qarşılaşma,İstanbul,Todaypress.az,