Azərbaycanlı güllə atıcısı dünya çempionu oldu

İdman

07.10.2024 09:45

Peruda keçirilən güllə atıcılığı üzrə gənclərin dünya çempionatı komandamız üçün uğurla nəticələnib.   

TodayPress xəbər verir ki, millimiz Lima turnirinin qızıl və bürünc medalını qazanıb.   

Mundialın baş mükafatı İmran Qarayevin aktivindədir. Güllə atıcımız 50 metr məsafəyə atəş açmaq üzrə keçirilən final yarışında 552 xal toplayaraq dünya çempionu titulunu qazanıb. Sofiya Barxalova isə çempionatın bürünc medalına sahib çıxıb. O, 50 metr məsafəyə atəş açmaq üzrə keçirilən yarışda 535 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

Namiq HUN

tag: Güllə,Atıcı,Yarış,İmran Qarayev,Todaypress.az,