Azərbaycanlı gimnastlar Dünya kubokunda liderliyə yüksəldilər
Selcan Mahsudova və Əli Niftəliyevdən ibarət qarışıq cütlük batut gimnastikası üzrə Dünya kubokunun ümumi sıralamasında liderliyə yüksəlib.
TodayPress xəbər verir ki, gimnastlarımız İtaliyanın Riççione şəhərində keçirilən Dünya kubokunun ikinci mərhələsində qazandıqları bürünc medal sayəsində bu uğura nail olublar.
Nəticə qarışıq cütlüklərin sinxron tullanma yarışında çıxış edən Mahsudova və Niftəliyevə 50 xal qazandırıb.
Duet Bakıda keçirilən ilk turnirdə də bürünc medala sahib çıxaraq hesabına eyni xalı yazdırmışdı.
Gimnastlarımız ümumi hesabda Özbəkistan və ABŞ duetlərini qabaqlayırlar.
Namiq HUN
tag: Batut,Gimnastika,Əli Niftəliyev,Selcan Mahsudova,Todaypress.az,