Azərbaycanlı futbolçu Rusiyada rəmzi komandaya düşdü

İdman

06.05.2025 11:35

7

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Superliqasında 8-ci turun rəmzi komandasına düşüb.   

TodayPress xəbər verir ki, “Zenit” klubunun müdafiəçisi “Rubin”lə oyundan (2:0) sonra bu şərəfə nail olub.   

Qeyd edək ki, 22 yaşlı futbolçunun top qovduğu “Zenit” klubu Superliqanın 8 turundan sonra 17 xalla 13 komanda arasında üçüncü yerdədir.   

Namiq HUN

tag: Nigar Mirzəliyeva,Futbol,Rusiya,Komanda,Todaypress.az,