Azərbaycanlı futbolçu Çempionlar Liqası ilə vidalaşdı

İdman

18.07.2024 09:46

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

TodayPress xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin şərəfini qoruduğu Albaniyanın "Eqnatiya" klubu Banya-Luka səfərində uduzduğu Bosniya və Herseqovina "Borats"ını Proqojinada məğlub edib (2:1). 

İki oyunun nəticəsi bərabər olduğu üçün qalib penaltilər seriyasında məlum olub. Albaniya çempionu zərbələri qeyri-dəqiq yerinə yetirərək turnirlə vidalaşıb (1:4).

Müdafiəçi Zamiq Əliyev 105 dəqiqə meydanda olub. O, zədələndiyindən əvəzlənib. 

Namiq HUN

tag: Azərbaycan, Çempionat,Zamiq Əliyev, Albaniya, todaypress.az,